AZ

“Çelsi” maksimum nəticə göstərdi - İCMAL

Dekabrın 19-da keçirilən oyunlarla Konfrans Liqasının (KL) əsas mərhələsinin 6-cı turu da arxada qaldı. Bununla da vahid liqa mərhələsinə yekun vuruldu.

Sonuncu tur ərəfəsində yalnız bir komanda – “Çelsi” birbaşa 1/8 finalda oynamaq hüququ qazanmış, 15 iştirakçının azı pley-offda oynayacağına aydınlıq gəlmişdi. Azarkeşlərini sevindirənlər APOEL, “Gimaraynş”, “Gent”, “Kopenhagen”, “Legiya”, “Luqano”, “Olimpiya”, “Pafos”, “Rapid”, “Serkl Brügge”, “Fiorentina”, “Haydenhaym”, “Şemrok Rovers”, “Yurqorden” və “Yagelloniya” idi. Vahid liqa mərhələsinin finişi ərəfəsində son iki yeri tutan “Petrokub” ilə “Larn” isə pley-offa çıxmaq şansını itirmişdilər.

Cümə axşamı qeydə alınan nəticələrdən sonra bütün suallara aydınlıq gəldi. “Çelsi” növbəti qələbə ilə vahid liqada maksimum nəticəyə nail oldu. İngiltərə klubunun “Şemrok Rovers” üzərində 5:1 hesablı qələbəsində het-trik etməklə böyük rol oynayan Mark Qiyu 6 qolla əsas mərhələnin ən yaxşı bombardiri oldu. Maraqlı fakt kimi 18 yaşlı ispaniyalı hücumçunun bu mövsüm premyer-liqanın yalnız bir oyununda meydana çıxmaq şansı qazandığını qeyd edək. Həlledici turdan sonra yekun cədvəldə ilk 8 yeri tutan daha 7 komanda - “Gimaraynş”, “Fiorentina”, “Rapid”, “Yurqorden”, “Luqano”, “Legiya” və “Serkl Brügge” də birbaşa 1/8 finala vəsiqə qazandı. Reqlamentə əsasən, əsas mərhələni 9-24-cü yerlərdə başa vuranlar isə pley-off oyunlarında iştirak edəcəklər. Gələn ilin fevralına təyin olunan bu oyunların 8 qalibi 1/8 finala çıxacaq.

Əsas mərhələnin diqqəti daha çox cəlb edən faktı kimi KL-də iştirak edən qitənin 5 aparıcı liqasından olan 4 komandadan ikisinin ilk “8-liy”ə düşə bilməməsini vurğulaya bilərik. Turnirin son iki mövsümünün finalçısı “Fiorentina” yekun cədvəli 3-cü yerdə başa vurarkən, hərəyə 10 xal toplayan “Betis” ilə “Haydenhaym” uyğun olaraq 15-16-cı yerləri tutdular. Əlbəttə, “Gimaraynş”ın vahid liqanı 14 xalla 2-ci yerdə başa vurmasını da qeyd edək.

Bu mərhələdə postsovet makanını təmsil edən 4 komandadan heç biri ilk “24-lüy”ə belə düşə bilmədi. Başqa sözlə, sabiq ittifaq ölkələrindan olanlar fiaskoya uğradılar: “Astana” (Qazaxıstan) 28-ci, “Noy” (Ermənistan) 31-ci, “Dinamo-Minsk” (Belarus) 33-cü, “Petrokub” (Moldova) isə sonuncu - 36-cı yeri tutaraq avrokubokla vidalaşdı.

əsas mərhələ, 6-cı tur
Çelsi (İngiltərə) - Şemrok Rovers (İrlandiya) 5:1
Qiyu, 23; 34; 45+3. Dyusberi-Holl, 40. Kukurelya, 58 – Poom, 26.
Çelsi: Yorgensen, Kukurelya, Veyqa, Disasi (Marrey-Kempbell, 59), Açimponq, Kazadey, Dyusberi-Holl (Rak-Sakyi, 83), Corc, Nkunku, Madueke (Veyl, 46), Qiyu (Feliş, 60).
Gimaraynş (Portuqaliya) - Fiorentina (İtaliya) 1:1
Qustavo Silva, 33 - Mandraqora, 87.
Gimaraynş: Varela, Mendeş, Rivas, J.Fernandeş, Bayu, Joao Mendeş (Samu, 67), Manu Silva, Tyaqo Silva (Hendel, 80), Nunu Santuş (Arkanju, 80), Qustavo Silva, Sezar (Bika, 90+3).
Fiorentina: Terraçano, Parizi (Qosens, 75), Komutso (Ranyeri , 46), L.Martines, Dodo, Mandraqora, Riçardson (Adli, 46), Beltran, Qudmundsson (Ken, 57), İkone (Kolpani, 57), Kuame.
Betis (İspaniya) - HİK (Finlandiya) 1:0
Kardoso, 27.
Betis: Adrian, R.Rodriges, Natan, Lyorente, Ruibal, Kardoso, Altimira, Ezzalzuli (X.Rodriges, 60), Avila, Diao (Xuanmi, 74), Bakambyu (Roke, 73).
Rapid (Avstriya) - Kopenhagen (Danimarka) 3:0
Belyo, 45+2. Vurmbrand, 51; 65.
Rapid: Hedl, Bolla, Ro-Yao, Svetkoviç, Auer (Şeller, 69), Yansson (Şaub, 69), Sanqare, Qrqiç (Berkeeyet, 79), Zaydl (Osvalt, 90+2), Belyo, Vurmbrand (Bişof, 70).
Yurqorden (İsveç) - Legiya (Polşa) 3:1
Nquen, 24. Hümmət, 45+4. Oslund, 76 – Vşolek, 56.
Yurqorden: Rinne, Stol, Y.Larsson, Danielson, Kosuqi, Saboviç, Svensson (Şüller, 88), Vikheym (Radetinats, 88), Qulliksen (Oslund, 62), Nquen (Fallenius, 90+3), Hümmət (Haarala, 90+3).
Legiya: Kobılyak, Vşolek, Barsiya, Kapyuadi (Zelkovski, 63), Kun, Klod Qonsalveş (Alfarela, 63), Çelhaka (Yenceyçik, 72), Morisita, Hodına (Şepanyak, 81), Qual, Lukinyas (Adkonis, 81).
Luqano (İsveçrə) - Pafos (Cənubi Kipr) 2:2
Mahmud, 7. Bottani, 33 - Saipi, 4-öz qapısına. Qoldar, 90+5.
Luqano: Saipi, Valensuela (Markeş, 90+1), Haydari, Papadopulos, Zanotti, Qrqiç, Şteffen (Əl-Vafi, 90+1), Mahmud (Dos Santos, 90+1), Bislimi, Mau (Dumbiya, 59), Bottani (Pşibılko, 73).
Haydenhaym (Almaniya) - Sankt Qallen (İsveçrə) 1:1
Toyerkauf, 30 – Ştaniç, 77.
Haydenhaym: Müller, Toyerkauf, Qimber, Mainka, Traore (Buş, 75), Şeppner (Dorş, 65), Kerber, Sienza (Bek, 84), Vanner, Konte (Honzak, 65), Kaufmann (Broyniq, 65).
APOEL (Cənubi Kipr) - Astana (Qazaxıstan) 1:1
Donis, 57 – Kazukolovas, 64.
Panatinaikos (Yunanıstan) - Dinamo-Minsk (Belarus) 4:0
Yeremeyev, 33. Tete, 54; 65. İoannidis, 84.
TSÇ (Serbiya) - Noy (Ermənistan) 4:3
Staniç, 41. Cakovats, 75; 76. Pantoviç, 81 - Mateus Ayas, 5-p.; 49. Elder Ferreyra, 15.
LASK (Avstriya) - Vikinqur (İslandiya) 1:1
Lyubiçiç, 26 - Siqyurpalsson, 23-p.
Molde (Norveç) - Mlada Boleslav (Çexiya) 4:3
İhler, 27. Kral, 42-öz qapısına. Kaasa, 64. Stenevik, 90+1 – Suhi, 5. Kuşey, 59. Vıdra, 61.
Serkl Brügge (Belçika) - İstanbul BŞ (Türkiyə) 1:1
Brunner, 82 – Pyontek, 74.
Harts (Şotlandiya) - Petrokub (Moldova) 2:2
Uilson, 64. Spittal, 70 – S.Pletike, 21. Mudrak, 83-p.
Borats (Bosniya və Hersoqovina) - Omoniya (Cənubi Kipr) 0:0
Yagelloniya (Polşa) - Olimpiya (Sloveniya) 0:0
Selye (Sloveniya) - Nyu Seynts (Uels) 3:2
Edmilson, 20; 43. Zets, 79 – D.Devis, 19. Holden, 42.
Larn (Şimali İrlandiya) - Gent (Belçika) 1:0
Kosqrouv, 74.

Yekun cədvəl
1. Çelsi 6 6 0 0 26-5 18
2. Gimaraynş 6 4 2 0 13-6 14
3. Fiorentina 6 4 1 1 18-7 13
4. Rapid 6 4 1 1 11-5 13
5. Yurqorden 6 4 1 1 11-7 13
6. Luqano 6 4 1 1 11-7 13
7. Legiya 6 4 0 2 13-5 12
8. Serkl Brügge 6 3 2 1 14-7 11
9. Yagelloniya 6 3 2 1 10-5 11
10. Şemrok Rovers 6 3 2 1 12-9 11
11. APOEL 6 3 2 1 8-5 11
12. Pafos 6 3 1 2 11-7 10
13. Panatinaikos 6 3 1 2 10-7 10
14. Olimpiya 6 3 1 2 7-6 10
15. Betis 6 3 1 2 6-5 10
16. Haydenhaym 6 3 1 2 7-7 10
17. Gent 6 3 0 3 8-8 9
18. Kopenhagen 6 2 2 2 8-9 8
19. Vikinqur 6 2 2 2 7-8 8
20. Borats 6 2 2 2 4-7 8
21. Selye 6 2 1 3 13-13 7
22. Omoniya 6 2 1 3 7-7 7
23. Molde 6 2 1 3 10-11 7
24. TSÇ 6 2 1 3 10-13 7
25. Harts 6 2 1 3 6-9 7
26. İstanbul BŞ 6 1 3 2 9-12 6
27. Mlada Boleslav 6 2 0 4 7-10 6
28. Astana 6 1 2 3 4-8 5
29. Sankt Qallen 6 1 2 3 10-18 5
30. HİK 6 1 1 4 3-9 4
31. Noy 6 1 1 4 6-16 4
32. Nyu Seynts 6 1 0 5 5-10 3
33. Dinamo-Minsk 6 1 0 5 4-13 3
34. Larn 6 1 0 5 3-12 3
35. LASK 6 0 3 3 4-14 3
36. Petrokub 6 0 2 4 4-13 2

Bombardirlər: Qiyu (Çelsi) - 6, Kenni (Şemrok Rovers), Nkunku (Çelsi), Pantoviç (TSÇ), Pyontek (İstanbul BŞ), Pyulyulyu (Yagelloniya) - 5.
Püşkatmanın nəticələrinə əsasən, ilk oyunları 2025-ci il fevralın 13-də keçiriləcək pley-offda cütlər belə formalaşıb: Gent – Betis, Selye – APOEL, Kopenhagen – Haydenhaym, Omoniya – Pafos, TSÇ – Yagelloniya, Vikinqur – Panatinaikos, Molde – Şemrok Rovers, Borats - Olimpiya.

Seçilən
80
2
football-plus.az

10Mənbələr