AZ

Bu il qeyri-neft-qaz ixracı artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qazixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq3,1 milyard dollar təşkil edib.

Trend İqtisadiİslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nındekabr sayına istinadən bildirir ki, hesabat ayları ərzində yeyintiməhsullarının ixracı 12,3 faiz artaraq 923 milyon dollara bərabərolub.

11 ayda ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadıməhsulları 65,4 faiz artaraq 37,5 milyon dollar, pambıq lifi 52,6faiz artaraq 170 milyon dollar, bitki mənşəli yağlar və piylər 32faiz artaraq 25,5 milyon dollar, qiymətli metallar 29 faiz artaraq189,8 milyon dollar, kimya sənayesi məhsulları 19,6 faiz artaraq265,6 milyon dollar, spirtli və spirtsiz içkilər 13,5 faiz artaraq64,4 milyon dollar, çay 1,6 faiz artaraq 6 milyon dollar, qarametallar 1,9 faiz artaraq 48,2 milyon dollar, alüminium və ondanhazırlanan məmulatlar 1,5 faiz artaraq 182,7 milyon dollar təşkiledib.

Bu ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracı4,4 faiz artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsullarınınixracı 58,3 faiz artaraq 287,3 milyon dollara bərabər olub.Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9faiz artaraq 988,9 milyon dollar təşkil edib.

Seçilən
77
12
az.trend.az

6Mənbələr