Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Xətai, Suraxanı, Qaradağ rayonları, həmçinin, Sumqayıt şəhəri, Salyan, Biləsuvar, Göyçay, Beyləqan, İmişli və Şabranda son 2 gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 16 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
FOTO QALEREYA