AZ

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2 500 manatadək cərimələnəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək.
Oxu.Az Prezident.Az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
Seçilən
100
50
oxu.az

10Mənbələr