Çin saatda 450 kilometr sürətə çata bilən yeni sürətli qatar modeli CR450-nin prototipini təqdim edib.
Editor.az xəbər verir ki, yeni qatar 2025-ci ildə istifadəyə verildikdə Pekin və Şanxay arasında səyahət vaxtının 2,5 saata qədər azalacağı gözlənilir.
Çin Dövlət Dəmir Yolları Qrupu tərəfindən hazırlanmış prototip paytaxt Pekində sərgilənib. Maksimum sürəti saatda 450 kilometr, kommersiya sürəti isə 400 kilometr hədəflənən CR450-nin texniki sınaqları tamamlandıqdan sonra 2025-ci ildə xidmətə girməsi planlaşdırılır. Bildirilib ki, yeni nəsil qatarın fəaliyyət göstərməsi üçün yenilənmiş dəmir yolu texnologiyaları ilə yeni infrastruktur yaradılacaq.
//Gülnarə Abasova, Editor.az