Bakı. Trend:
Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarıCR450-nin prototipi hazırlanıb.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, istehsalçı olan Çin Dövlət Dəmir YoluQrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyatsürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləcsəmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyinibildirib.
Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onunəməliyyat sürəti 400 km/saat təyin edilib.
İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisiniisə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətinartmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakınıminimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təminedir.
Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçündəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqajrəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iriəşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatınıödəməyə imkan verir.
Qatar saatda 400 kilometr sürətdə 17 komponent üzrə sınaqdankeçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testibaş tutub.