ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilini andiçmə mərasiminə dəvət edib-etmədiyi məsələsinə aydınlıq gətirilib.
Modern.az xəbər verir ki, bu haqda Baş nazir İrakli Kobaxidze danışıb.
“Donald Tramp Salome Zurabişvilini heç yerə dəvət etməyib”, - Kobaxidze jurnalistlərə deyib.
Bundan əvvəl respublikaçı konqresmen Co Vilson X sosial şəbəkəsində Zurabişvilini Gürcüstanda yeganə qanuni lider kimi Trampın andiçmə mərasiminə dəvət etdiyini yazmışdı.