AzVision.az xəbər verir ki, “Amerikanın Səsi” radiostansiyasının rusdilli xidmətinin ABŞ Maliyyə nazirliyinin nümayəndəsinə istinadən yaydığı məlumatdaşəbəkəni sındıran “Advanced Persistent Threat (APT)” haker qrupuna Pekinin sponsorluq etdiyi bildirilir.
Maliyyə nazirliyi bu barədə Senatın Bank işi, Mənzil və Şəhər Məsələləri Komitəsinə məktub göndərib. Departamentin şəbəkəsinə giriş kibertəhlükəsizlik xidməti üzrə təminatçı olan üçüncü tərəf – “BeyondTrust” şirkətinin serverinin sındırılması nəticəsində əldə edilib.
“APT” qrupu ilə əlaqəli istənilən haker hücumu ABŞ-nin Maliyyə nazirliyi tərəfindən ciddi kibertəhlükəsizlik hadisəsi hesab olunur. Hakerlərin hələ də qurumun kompüter şəbəkəsinə girişiolduğunu göstərən heç bir məlumat yoxdur.
Maraqlıdır ki, ABŞ-nin Maliyyə nazirliyi son dörd ildə kibermüdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiyini iddia edir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta