“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 19-cu turunda “İpsviç Taun”a səfər məğlubiyyətini (0:2) şərh edib.
Arena.az BBC-yə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Qəribə oyundur. Biz fürsətlər yaratdıq və çoxlu qol da vura bilərdik, amma rəqibimiz hər dəfə özünü xilas etdi. Komanda üzvləri müdafiə oyunu da daxil olmaqla bir çox xüsuslarda daha yaxşı çıxış edə bilərdilər. Son oyunla müqayisədə heyətdə dörd dəyişiklik etdik, çünki hamı meydanda olmağa layiqdir. Artıq mövsümün birinci yarısı arxada qaldığından deyə bilərik ki, heç kim bizdən müvafiq nəticə gözləmirdi. Biz yaxşı vəziyyətdəyik, amma bir çox cəhətdən inkişaf edə bilərik”, deyə Mareska vurğulayıb.
19 oyundan 35 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “İpsviç Taun” isə 15 xalla 18-ci pillədədir.
İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.