AZ

Azərbaycan çempionatında ilk yarının qolları və zərbələri - STATİSTİKA

Misli Premyer Liqasının 2024/2025 mövsümünün 1-ci yarısında 98 futbolçu rəqib qapısına yol tapıb.

İdman.biz ilk 18 turda vurulan qolların və zərbələrin statistikasını nəzərdən keçirib.

18 turda 10 komandanın 98 futbolçusu rəqib qapısına yol tapıb.

Bombardirlər siyahısına 8 qolla Coy-Lens Mikels (“Sabah”) və Felipe Santos (“Araz Naxçıvan”) başçılıq edirlər. Leandro Andrade (“Qarabağ”) və David Volkov (“Zirə”) 7 qol müəllifidirlər. Cessi Sekidikanın (“Sabah”) 6 qolu var.

Yerli futbolçulardan ən məhsuldarı 5 qollu Toral Bayramovdur (“Qarabağ”). Nəriman Axundzadə (“Qarabağ”) və Orxan Əliyevin (“Kəpəz”) 4 qolu var.

Qol ötürmələrini ən çox Boyan Leyiç (“Sabah”) verib – 6. Leandro Andradenin (“Qarabağ”) 5, Davit Volkov (“Zirə”), Nəriman Axundzadə (“Qarabağ”), Ramon (“Araz-Naxçıvan”) və Ayman Boualinin (“Səbail”) 4 məhsuldar ötürməsi var.

Qol+ötürmədə lider Leandro Andradedir (“Qarabağ”) – 12 (7+5). Davit Volkov (“Zirə”) 11 (7+4), Coy-Lens Mikels (“Sabah”) 10 (8+2), Felipe Santos (“Araz Naxçıvan”) 10 (8+1) göstəriciyə malikdirlər.

Qapıya hamıdan çox Coy-Lens Mikels (“Sabah”) zərbə endirib – 54. Leroy-Mikelsin (“Şamaxı”) 49, Ramonun 38 (“Araz-Naxçıvan”), Cessi Sekidikanın (“Sabah”) 38 zərbəsi var. Yerli futbolçulardan ən çox zərbə endirən Toral Bayramovdur (“Qarabağ”) – 32.

20 və daha çox zərbə endirənlər sırasında qolların zərbələrə nisbəti ən yüksək Felipe Santosdadır. “Araz-Naxçıvan”ın futbolçusu 29 zərbəsinin 27,59 faizini – yəni 8-ni qola çevirib. Bu göstərici Leadro Andradedə (“Qarabağ”) 25,93 (27 zərbə, 7 qol), Davit Volkovda (“Zirə”) 20,59 faizdir (34 zərbə, 7 qol).

Topu qapı çərçivəsinə ən çox göndərən Davit Volkovdur (“Zirə”) – 22 (34 zərbədən). Coy-Lens Mikels (“Sabah”) 21 (54-dən), Leroy-Mikelsin (“Şamaxı”) 19 (49-dan) zərbəsini qapı çərçivəsinə göndərib.

Zərbələri qapı çərçivəsini ən çox tapmayan futbolçular Coy-Lens Mikels (“Sabah”, 33) və Leroy-Mikelsdir (“Şamaxı”, 30).

Vüqar Məmmədov
İdman.biz

Seçilən
100
2
idman.biz

3Mənbələr