Bir dövrə damğasını vuran "Kurtlar Vadisi" serialında "Polad Ələmdar" obrazını canlandıran Necati Şaşmaz Ümrə ziyarətinə gedib.
Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, Ərəbistan yarımadasında böyük bir pərəstişkar kütləsinə sahib olan Şaşmaz ziyarət zamanı böyük maraqla qarşılanıb.
Məşhur aktyor həm də görünüşündəki dəyişikliyi ilə diqqət mərkəzində olub.
Qeyd edək ki, Özgü Namal, Səlçuq Yöntəm, Oqtay Kaynarca kimi aktyorların yer aldığı və yayımlandığı dövrdə reytinq rekordları qıran "Kurtlar Vadisi" serialı bu gün də böyük maraqla izlənilir.
Məlumata görə, serialda Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz hazırda gözlərdən uzaq bir həyat yaşayır.
"Kurtlar Vadisi" ilə yanaşı "Nöbet" və "Halil İbrahim Sofrası" kimi layihələrdə də rol alan tanınmış aktyor Ümrə ziyarətində ərəb pərəstişkarlarının sıx marağı ilə qarşılaşıb.
"Magazin Burada" portalının məlumatına görə, Necati Şaşmaz pərəstişkarları birlikdə şəkil çəkdirib və ziyarəti boyunca ibadət edərək bol-bol dua edib.