"Neftçi"nin rumıniyalı sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.
İdman.biz Fanat.Az-a istinadən xəbər verir ki, 10 aya yaxındır işsiz olan mütəxəssis vətənində çalışacaq.
45 yaşlı mütəxəssis Rumıniyanın "Petrolul" klubunun baş məşqçisi təyin olunub. Onunla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Mutu yanvarın 3-də, Ployeşti komandasının Antalyaya təlim-məşq toplanışına yollandığı gün işə başlayacaq.
Adrian Mutu 2014-cü ildə formasını geyindiyi "Petrolul"dan başqa, “Voluntari”, “Universitatya”, “Rapid Buxarest”, “CFR Kluj”, həmçinin “Neftçi” və Səudiyyə Ərəbistanının “Əl-Vahda” klublarında çalışıb.
İdman.biz