Legioner limitinin götürülməsi yerli futbolçuların xaricə axınına təkan verəcəkmi? Yəni onlar legioner həyatı yaşamağa üstünlük verəcəklərmi?
“Football-plus.az” bu sualları menecer Tural Əsgərova ünvanladı:
“Hesab etmirəm ki, legioner limitinin aradan qaldırılması yerli futbolçuların xaricdə oynamasına təkan verəcək. İstənilən halda bu gün də futbolçularımız legioner həyatı yaşamağa üstünlük verirlər. Amma normal bir haldı ki, bu gün futbolçumuz Litva, Estoniya və Albaniyaya getmək əvəzinə Azərbaycanda qalmağa üstünlük verirlər. Limit aradan qaldırılarsa, bəzi futbolçularımız məcburiyyətdən Albaniya, Bosniya və bu kimi futbol ölkələrinə gedəcəklər. Məncə, bunlar yaşanacağı təqdirdə futbolumuz bir şey qazanmayacaq. Futbolçularımızı daha yaxşı çempionatdan daha pisə getməyə məcbur edirik. Limiti aradan qaldıranda futbolçunun səviyyəsi yüksəlmir. Legioner limitinin tam aradan qaldırılması baş verəcəksə, AFFA İcraiyyə Komitəsinin hətta yumşaq desək, böyük və taleyüklü səhvi olacaq. Uçurumda olan Azərbaycan futbolunu daha da uçurumun dibinə düşməsinə gətirəcək. Bu qərar veriləcəksə, qərar verənlərin şərhləri və izahları çox maraqlı olacaq. Nə qədər çalışsam da, elə bir izah tapa bilmirəm ki, bu qərarın düzgünlüyünü özüm-özümə izah edə bilim”.
ƏSƏD SEYİDOV