AZ

Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxdı

Rusiyanın "Sibir" aviaşirkətinin “Airbus 321A” təyyarəsi bu gün səhər Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gəldikdən və hava limanında eniş etdikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

 

"İlkin məlumata görə, bu gün saat 08:00 radələrində "Sibir" aviaşirkətinin Moskvadan uçuş həyata keçirən “Airbus 321A” təyyarəsi N.N.Urvantsev adına Norilsk beynəlxalq hava limanında eniş başa çatdıqdan sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, təyyarədə 79 sərnişin olub, hava gəmisi müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.

 

Moskvaya reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə ayrılıb, uçuş saat 15:30-a planlaşdırılıb.

Seçilən
0
19
sfera.az

10Mənbələr