AZ

Buna görə məsuliyyət ABŞ-ın üzərinə düşür

Rusiya bəyan edib ki, Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlinin dayandırılmasında ABŞ və tərəfdarları məsuliyyət daşıyır.

SİA xatırladır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xatırladıb ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli yanvarın 1-də dayandırılıb.

“Qazprom”un müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Ukrayna hakimiyyətinin Rusiyadan Avropa ölkələrinin sakinlərinə təbii qaz nəqlini dayandırmaq qərarına gəldiyini vurğulayan Zaxarova Rusiyanın enerji nəqlinin kəsilməsinin həm Avropanın iqtisadi potensialını zəiflədəcəyini, həm də avropalıların həyat standartlarına mənfi təsir edəcəyini bildirib.

"Ukrayna böhranının əsas sponsoru olan ABŞ-ın enerji bazarının yenidən bölüşdürülməsindən faydalandığını" iddia edən Zaxarova deyib: "Qarətçi strategiyaların ilk qurbanı onsuz da Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya oldu. Almaniya "Şimal axını 1" və "Şimal axını 2" təbii qaz boru kəmərlərinin partlayışından sonra təbii qazı əhəmiyyətli dərəcədə yüksək qiymətlərlə almağa məcbur oldu və ən böyük və əfsanəvi alman sənayelərindən bəzilərini bağlamağa başladı".

Əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil olan Avropa İttifaqının digər ölkələrinin indi “ABŞ-ın himayədarlığının bədəlini ödəməli olacaqlarını” ifadə edən Mariya Zaxarova onu da deyib ki, Rusiyanın təbii qaz nəqlinin dayandırılmasının məsuliyyəti tamamilə ABŞ-ın, kukla Kiyev rejimi və ABŞ iqtisadiyyatına maddi dəstək naminə vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hakimiyyətlərinə üzərinə düşür".

Seçilən
60
44
sia.az

10Mənbələr