AZ

Ukraynanın Su-27 təyyarəsi vuruldu

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinin Su-27 təyyarəsini, ABŞ istehsalı olan altı HIMARS reaktiv yaylım atəş sistemini, həmçinin 97 təyyarə tipli pilotsuz uçuş aparatını vurub", - deyə məlumatda bildirilir.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az

Seçilən
128
9
unikal.az

10Mənbələr