"Xocalı" gil yatağı satışa çıxarılır.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat yayıb.
Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.
Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.
Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.
Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
N | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Yatağın koordinatı | Başlanğıc qiyməti (manatla) | Beh məbləği (10%) (manatla) | İştirak haqqı (manatla) |
1. | Xocalı | LOT-1 | 100 000 m3 | 6.0 ha | Gil | Beş il | 650172,77 4419129,28 | 10 000 | 1000 | 540 |
Milli.Az