AZ

Renat oynadı, komandası qələbə qazandı

style='margin-bottom:10px;'>

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da fomasını geyindiyi "Ankaragücü" bu dəfə evdə "Keçiörengücü" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renaldo Cefas dubl edib (39-cu, 55-ci dəqiqələrdə). 

Renat da bu oyunda iştirak edib. 25 yaşlı hücumçu meydana 67-ci dəqiqədə Riad Bayiçin əvəzinə daxil olub.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Ankaragücü" 27 xalla 5-ci, eyni xala malik "Keçiörengücü" isə 6-cıdır. 

Seçilən
73
2
teleqraf.com

7Mənbələr