"Monako" və "Beşiktaş"ın keçmiş hücumçusu Vaqner Lav karyerasını bitirmək fikrində deyil.
90deqiqe.Az "Leqalbet"ə istinadən xəbər verir ki, bu barədə braziliyalının agenti Evandro Ferreyra bildirib.
“O, oynamağa davam etmək istəyir, Vaqner əla fiziki formadadır və nə qədər ki, gücü var, futbol oynamaq istəyir. Vaqner sadəcə futbolu sevir və hələ də qol vurmağı bacarır”,
40 yaşlı Vaqner Lav iyul ayından braziliyalı “Avai”də çıxış edir, onun heyətində 24 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Forvardının Braziliya klubu ilə hazırkı müqaviləsi 31 may 2025-ci ilə qədərdir və onun transfer dəyəri 100 min avro qiymətləndirilir.