Dünyanın ən güclü məşqçilərinin 2025-ci il üçün ilk reytinqi açıqlanıb.
Siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdir. O, dünyada 160-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 56-cıdır. O, iki addım irəliləyib.
Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı mütəxəssis 1 pillə yüksəlib.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2150 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.