İngiltərənin nüfuzlu məktəblərindən biri olan London İmperial Kollecində immunologiya professoru Con S. Treqoninq uzunömürlülük haqqında qeyri-adi məlumat verib.
“Cebheinfo.az” xəbər verir ki, professora görə rəqs etmək, ayaq dırnaqlarını kəsmək və çuğundur suyu içmək sağlam qalmaq və qocalmadan qorunmaq üçün ən vacib üsullardan biridir.
Belə ki, ayaq dırnaqlarının müntəzəm olaraq kəsilməsi və onlara qulluq hərəkətlilik üçün çox vacibdir.
Çünki ayaq dırnaqları səliqəsiz qalanda ayaq ağrılarına səbəb ola bilər. Bu da daha tez yaşlanmaya gətirib çıxarır.
Həmçinin, öpüşmə kimi təmas zamanı ifraz olunan oksitosin hormonu əzələlərin bərpasına kömək edir.
Professor qeyd edib ki, formada qalmaq və demensiyadan qorunmaq üçün çoxlu rəqs etmək, təzyiqi nəzarətdə saxlamaq üçün isə çuğundur suyu içmək lazımdır.