Avrozonada iqtisadi aktivlik 2024-cü ilin dekabrında yavaşlayıb.AFN.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, "S&P Global" və "Hamburg Commercial Bank" (HCOB) Avrozonanın 2024-cü ilin dekabr ayı üçün kompozit və xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını dərc edib.Məlumatlara görə, Avrozonada iqtisadi fəallıq dekabr ayında yeni biznes və məşğulluğun azalması səbəbindən geriləyib. Bu dövrdə inflyasiya təzyiqləri də artıb. Beləliklə, Avrozona iqtisadiyyatı 2024-cü ili kövrək vəziyyətdə başa vurub.Noyabrda 48,3 olan Avro Bölgəsi kompozit PMI dekabrda 49,6-ya çatıb. Bununla da Avrozonada kompozit PMI son 2 ayın ən yüksək səviyyəsinə çatıb.PMI məlumatlarında 50 baldan yuxarı artımı, aşağı isə daralmanı göstərir.Bundan əlavə, Avrozonada noyabrda 49,5 olan xidmət sektoru PMI, dekabrda 51,6-ya yüksəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta