Aktrisa Ancelina Coli Bred Pittdən boşandıqdan sonra 80 milyon dollar sərvət əldə edib.
Söz.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Hollivudun ən gözəl cütlüklərindən biri boşanmaq üçün müraciət etdikdən səkkiz il sonra rəsmi olaraq ayrılıblar.
Məlumata görə, 80 milyon dollar Bredin ondan ev almaq üçün götürdüyü pul və mütəmadi olaraq ödədiyi aliment hesabına formalaşıb.
Coli vəsaiti uşaqlarına xərcləmir. Bunu aktrisanın keçmiş həyat yoldaşı edir.
Aktrisa keçmiş sevgilisindən aldığı hədiyyələri də sataraq əlavə pul qazanıb. Belə ki, o, Uinston Çörçilin bir tablosuna görə 11 milyon yarım dollar əldə edib. O, bir neçə ildir mübahisəli olan şərab zavodunun bir hissəsini də satıb.
Jurnalistlər Anjelinanın boşandıqdan sonra böyük üstünlüklərə sahib olduğunu vurğulayıblar.