AZ

PFL “Ayın qolu” layihəsi üzrə dekabrın qaliblərini açıqladı

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa, Birinci Liqa və İkinci Liqada “Ayın qolu” layihəsi üzrə dekabr ayının qaliblərini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında “Qarabağ”ın futbolçusu Toral Bayramovun qolu fərqləndirilib. Birinci Liqada Bilal İsmayılovun (Cəbrayıl) vurduğu qol münsiflər tərəfindən qalib elan edilib. İkinci Liqada isə “Şəmkir”in futbolçusu Vidadi Cəfərovun qolu dekabr ayının ən yaxşısı seçilib.

Qaliblər ötən aydan etibarən Peşəkar Futbol Liqasının “Facebook” səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Seçilən
60
10
arena.az

10Mənbələr