Etirazçılar Təl-Əvivin Begin küçəsinə toplaşıb. Minlərlə insan Netanyahu əleyhinə plakatlar və lövhələr qaldıraraq hökuməti girovların azad olunması üçün dərhal hərəkətə keçməyə çağırıb. "İstefa" şüarları ilə müşayiət olunan aksiyalar atəşkəs danışıqlarının uzanmasına qarşı bir etiraz jestidir.
Polis nümayişlərə sərt müdaxilə edib. TOMA-lar və atlı əsgərlərlə nümayişçilərə qarşı güc tətbiq olunub və çoxlu sayda şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31