AZ

Tramp Kanadaya ABŞ-ın ştatı olmağı təklif etdi- "Birlikdə böyük bir millət olardıq"

Amerikanın yeni prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonun istefasını elan etməsindən sonra ölkənin 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.

O, bu barədə özünün “TRUTH Social” sosial şəbəkəsində yazıb.

“Bir çox kanadalılar 51-ci ştat olmaq fikrini bəyənirlər. ABŞ Kanadanı ayaqda saxlayan böyük ticarət kəsirlərinə və subsidiyalara artıq dözə bilməz. Castin Trüdo bunu başa düşdü və buna görə də istefa verdi” – o qeyd edib.

Trampın sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavaya onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.

“Birlikdə böyük bir millət olardıq!” – Tramp vurğulayıb.

Seçilən
36
50
azpost.info

10Mənbələr