ABŞ Prezidenti Donald Tramp Co Baydenin daha bir fərmanını ləğv edərək Kubanı yenidən terrorçuluğun sponsorları siyahısına daxil edib.
Missiya.Az xaricib mediaya istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, Baydenin fərmanı Havananın 553 siyasi məhbusu azad etməyə razılaşdığı müqavilənin bir hissəsi olubi, lakin indiyədək yalnız 88 nəfər azad edilib. Qeyd olunur ki, Tramp Baydenin qərarını ləğv etdikdən sonra Kubanın məhbusları azad etməyə davam edib-etməyəcəyi sual altına düşüb.
Kuba prezidenti Migel Diaz-Kanel özünün X sosial media səhifəsində Trampın qərarını tənqid edərək, bunu “tələbbürlük və həqiqətə etinasızlıq” adlandırıb.
Elcan
Missiya.Az