AZ

Tramp Baydenin bu qadağasını ləğv edəcək

ABŞ-ın yeni prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin ABŞ-ın kontinental şelfində neft və qaz hasilatını qadağan etmək qərarını ləğv edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "Salem News" kanalına məlumat verib.

“Mən görürəm ki, Bayden ABŞ-ın sahilyanı ərazilərinin 625 milyon akr (2,5 milyon kv. km.) ərazisində bütün neft və qaz hasilatını qadağan edib. Bu, absurd qərardır. Mən bu qadağanı dərhal aradan qaldıracağam”, - Tramp bildirib.


Müəllif: Arzu
Seçilən
46
2
teleqraf.com

3Mənbələr