AZ

Venesuelada seçkilər sonrası iğtişaşlarda iştirak edən 1515 şəxs azad edildi

Bakı. Trend:

Venesuelada 2024-cü ilin iyulun 28-də keçirilən prezidentseçkilərindən sonra iğtişaşlarda iştirak etdikləri üçün saxlanılan1515 nəfər sərbəst buraxılıb.

Trend xəbər verirki, bu barədə Bolivar Respublikası Baş Prokurorluğunun yayımladığıkommünikədə məlumat verilib.

Prokurorluğun açıqlamasına görə, “seçkidən sonra zorakılıqtörətmiş şəxslərin işlərinə baxılması üzrə davam edən işçərçivəsində 2025-ci ilin yanvarın 3-də əlavə 146 işə baxılıb”.Həmçinin bildirilib ki, bu günə kimi azadlığa buraxılanların ümumisayı 1515 nəfərə çatıb.

Seçkilərdən sonra iki gün ərzində ekstremist qruplarıncinayətkar əməlləri nəticəsində 28 nəfər həlak olub, 200-ə yaxıninsan yaralanıb, 500-ə yaxın dövlət və şəxsi əmlak dağıdılıb.

Seçilən
60
az.trend.az

1Mənbələr