Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan“AzInTelecom” MMC-nin dəstəyi ilə Azərbaycan Fintex Assosiasiyası(Azfina) üzvləri üçün 2024-cü ilin yekunlarına dair görüşkeçirilib.
Tədbirdə “Azfina”nın İdarə Heyətinin sədri Ruslan Talıbov və“AzInTelecom”un Kommersiya departamentinin direktoru FərruxFərəcullayev giriş sözü ilə çıxış ediblər. R.Talıbov 2024-cü ilərzində fintex sahəsində görülən işlər barədə məlumat verib.
F.Fərəcullayev bildirib ki, “AzInTelecom” artıq beynəlxalq “PCIDSS” sertifikatı əldə edib və bununla da fintex şirkətlərinə dahaeffektiv xidmət göstərə biləcək.
Görüş çərçivəsində “AzInTelecom”un rəqəmsal maliyyəxidmətlərinin dövlət və qeyri-dövlət qurumları arasında təşviqi vəəməkdaşlıq effektivliyinin artırılması barədə müzakirələraparılıb.
Daha sonra “Azfina”nın icraçı direktoru Azər ƏkbərovAssosiasiyanın 2024-cü il fəaliyyətinə dair hesabatla çıxışedib.
Tədbir zamanı “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsininmüdiri Tamerlan Məşədihəsənli “Azfina” üzvləri qarşısında təqdimatnümayiş etdirib. Təqdimatda SİMA məhsulları və yeni yaradılmışözünəxidmət “bulud” platforması “AzInCloud” haqqında məlumatverilib.
Görüş fintex ekosisteminin gücləndirilməsi istiqamətindəmüzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, “AzInTelecom” 2023-cü ilin noyabrından “Azfina”nınüzvüdür.