AZ

Bu ölkədən Makrona sərt reaksiya: Hörmət etməyi öyrənməlisən

Çad Fransa prezidenti Emmanuel Makronun Afrika liderlərinin Sahel bölgəsində terrorla mübarizədə göstərdiyi səylərə görə təşəkkür etməyi unutduqlarına dair açıqlamasına sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah Makronun açıqlamalarını afrikalılara qarşı alçaldıcı münasibət kimi qiymətləndirib.

"Fransa liderləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidirlər", - deyə o, bildirib.

Nazir Çadın Fransanın azad edilməsində kritik rol oynadığını xatırladıb: "Afrika xalqlarının İkinci Dünya Müharibəsində Fransaya verdiyi fədakarlıqlar heç vaxt layiqincə qiymətləndirilmədi".

Koulamallah Çad ordusunun Fransanın dəstəyi olmadan, xalqın cəsarəti və təvazökar imkanları ilə qurulduğunu vurğulayıb. O, Fransanın Çad ordusuna mənalı dəstək vermədiyini, 60 illik mövcudluğu boyunca verdiyi töhfələrin ümumiyyətlə öz strateji maraqları ilə məhdudlaşdığını əlavə edib.

Seçilən
52
1
publika.az

2Mənbələr