AZ

sosial.az portalının aktiv istifadəçi sayı 1,8 milyonu ötüb

Bakı, 7 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1 milyon 807 minə çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

E-sosial.az portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək də mümkündür.

Təkcə son bir ildə portaldan istifadə sayı 8,4 milyon olub.

Seçilən
4
4
azertag.az

5Mənbələr