Demokrat.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir. 1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.
S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.
Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.
10Mənbələr
-
seherxeber.orgAzərbaycan Mərkəzi Bankının strukturu dəyişib ( 14623249)
-
oxu24.comMərkəzi Bankın strukturunda dəyişiklik ( 14623069)
-
moderator.azMərkəzi Bankın strukturu DƏYİŞDİ ( 14622547)
-
demokrat.azMərkəzi Bankın strukturu dəyişdi ( 14621523)
-
adalet.azMərkəzi Bankın strukturu dəyişdi ( 14620515)
-
banco.azAzərbaycan Mərkəzi Bankının strukturu dəyişib ( 14620193)
-
publika.azMərkəzi Bankın strukturunda dəyişiklik ( 14620139)
-
far.azAzərbaycan Mərkəzi Bankının strukturu dəyişib ( 14619509)
-
index.azMərkəzi Bankın strukturu dəyişib ( 14619495)
-
e-huquq.azMərkəzi Bankın strukturu dəyişdi ( 14619391)