Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.12.2024 tarixinə rəsmi valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.
29.11.2024-ci tarixinə rəsmi valyuta ehtiyatları 10 milyard 967.8 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, dekabrda Mərkəzi Bankın rəsmi valyuta etiyatları 8,3 milyon dollar azalıb.
Noyabrda Mərkəzi Bankın rəsmi valyuta etiyatları 403,9 milyon dollar azalmışdı.
Rəsmi valyuta ehtiyatları (mln. USD)
29.12.2024 10959.5
29.11.2024 10967.8
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0