Olaylar xəbər verir ki, bunu ölkənin prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalında canlı çıxışı zamanı bildirib.
Məlumata görə, həbs olunmuş Qalyo Venesuelaya sevgilisi ilə görüşmək məqsədilə gəldiyini deyib. Maduro isə bunun yalan olduğunu bildirərək, onun Argentinada həyat yoldaşının olduğunu diqqətə çatdırıb.
"Mən Argentina hökumətinin Venesualada sülhü pozmaqla bağlı zorakı planlarda iştirakını pisləyirəm", -deyə Venesuela prezidenti qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31