Cənubi Koreyanın nəqliyyat naziri ölümlə nəticələnən təyyarə qəzasına görə istefa vermək niyyətində olduğunu bildirib.
Bu barədə “Reuters“ məlumat yayıb.
"Mən bu fəlakət üçün ağır məsuliyyət hiss edirəm" -Park Sanq vu mətbuat brifinqində bildirib.
Qeyd edək ki, Dekabrın 29-da Tailanddan Cənubi Koreyaya uçan “Jeju Air”təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtəsində olan 181 nəfərdən 179-u həlak olmuşdu.
"Cebheinfo.az"