AZ

"Azercell Könüllüləri"ndən uşaqlara bayram sevinci

Könüllülər Yeni il ərəfəsində "Bölüşək, sevindirək!" adlı növbəti xeyriyyə təşəbbüsünü həyata keçiriblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Azercell Könüllüləri" ənənəvi xeyriyyə aksiyası keçirib. "Bölüşək, sevindirək!" şüarı ilə təşkil olunan bu kampaniya çərçivəsində Könüllülər İkinci Vətən müharibəsinin şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin uşaqlarını ziyarət edib və onlara bayram hədiyyələri təqdim ediblər. Ümumilikdə 200-dən çox uşağa bayram hədiyyələri çatdırılıb.

Həmçinin "Azercell Könüllüləri" Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul rayonunda uşaqlar üçün xüsusi bayram proqramı təşkil ediblər.

Uşaqların siyahısı Hacıqabul Rayon İcra Hakimiyyəti və Zəfər İB tərəfindən təqdim edilib.

Seçilən
51
23
publika.az

10Mənbələr