ABŞ-ın maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng ilə virtual görüş keçirib və Pekini Rusiyaya kömək etməyin nəticələri ilə hədələyib.
O, Çin şirkətlərinin Ukraynaya qarşı müharibəsində Rusiyaya maddi dəstək versələr, üzləşəcəyi ciddi nəticələrə diqqət çəkib, – nazirliyin press-relizində deyilir.
Bundan əlavə, xanım Yellen “Çin hökumətinin maliyyələşdirdiyi qurumların kiberməkanda zərərli fəaliyyətindən narahatlığını ifadə edib”. O, həmçinin Çinin “qeyri-bazar siyasətlərinə” də qarşı çıxıb.
Xatırladaq ki, etin ilin noyabr ayında “Bloomberg” G7 və Avropa İttifaqının Çinə qarşı məhdudlaşdırıcı tədbirlər, o cümlədən “Rusiyaya hərbi yardım göstərmək” planları haqqında məlumat verib. Çin nəşri isə Avropa İttifaqını ikili standartlarda ittiham edib.
//Samir Qurbanov, Editor.az