AZ

“Qarabağ” 2025-ci ildə ilk oyununu bu komandaya qarşı keçirəcək

“Qarabağ”ın 2025-ci ildə keçirəcəyi ilk oyunun vaxtı və yeri müəyyənləşib. 

Oxu24.com  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 9-da ilk yoxlama görüşünə çıxacaq.

Qurban Qurbanov yetirmələrini “Kəpəz” önündə sınayacaq. Saat 14:00-da başlayacaq qarşılaşma “Azərsun Arena”da reallaşacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümün ilk yarısına yanvarın 19-da start veriləcək.

Seçilən
44
3
oxu24.com

4Mənbələr