AZ

"Sevilya"nın sabiq prezidentinə 20 oyunluq cəza

"Sevilya"nın sabiq prezidenti Del Nido Benavente "Real Betis" matçında yaranan mübahisə nəticəsində 20 oyunluq cəzalanıb.

“Cebheinfo.az” xəbər verir ki, Benaventenin "Sevilya" klubunun Hüquq Məsələləri üzrə prezidenti Lukas Fernandes de Bobadillaya "çöldə dişlərini qıracağam" deyərək təhdidlər etdiyi bildirilib. 

Dava zamanı Del Nido Benavente ilə "Sevilya" klubunun hüquq məsələləri üzrə prezidenti Lukas Fernandes de Bobadilla ilə sərt mübahisə etdiyi anlar stadionun təhlükəsizlik kameralarına düşüb.

Hadisədən sonra Bobadilla Del Nido Benavente haqqında polis orqanlarına məlumat verib və onun fiziki müdaxilə etdiyini iddia edib.

Şikayətdə Del Nido Benaventenin Bobadillanın çiynindən itələdiyi və “çöldə dişlərini qıracağam” kimi təhdidlər etdiyi bildirilib.

Bir çox şahid Del Nido Benaventenin Bobadillaya qarşı hədələrini təsdiqləyib. Protokoldakı bu gərginlik zamanı Del Nido Benaventenin “Sevilya” rəhbərliyindən bəzi şəxslərlə sərt mübahisə etdiyi bildirilib.

Hadisədən sonra ittihamları rədd edən keçmiş rəhbər, "Mən yalnız Lukasa dedim ki, şəxsi işlərə qarışmadan peşəkar etika qaydalarına hörmət etməlidir və müvəkkilini müdafiə etməlidir. Mən nə hədə-qorxu gəldim, nə də fiziki müdaxilə etdim".

Hadisələrdən sonra “Sevilya” rəhbərliyi Del Nido Benaventeyə 20 oyunluq klub obyektlərinə girişi qadağan edib. Etirazların qəbul edilmədiyi açıqlanıb.

Seçilən
40
cebheinfo.az

1Mənbələr