AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin "qara qutu”larının deşifrə edilmiş materialları yaxın günlərdə Astanaya çatdırılacaq.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.
"Yaxın günlərdə aviasiya hadisəsinin araşdırılması üzrə komissiya üzvlərinin “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya gəlməsi gözlənilir. Ekspertlər gələn kimi dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsinə başlayacaqlar", - qurumdan bildirilib.
Bundan əvvəl Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzinin (CENIPA) təyyarənin “qara qutu”larının açılmasını başa çatdırdığı barədə məlumat verilmişdi. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larından məlumatlar çıxarılaraq qəzanı araşdıran Qazaxıstana göndərilib.