Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin olduğu bərə Mayot departamenti sahillərində başqa bir bərə ilə toqquşub.
Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Yanvarın 7-də göyərtəsində Marin Le Penin olduğu bərə Mayot sahillərində qarşıdan gələn bərə ilə toqquşub”, - məlumatda qeyd olunub.
Bildirilib ki, toqquşma nəticəsində sərnişinlərin əksəriyyəti suya düşüb. Üç nəfər yüngül xəsarət alıb. Le Pen xəsarət almayıb və polis qayığı elə sahilə çıxarılıb.