AZ

Rusiya o bölgəni qazsız qoydu və məsuliyyəti üzərindən atdı - Kişinyovdan sərt CAVAB

Rusiyanın Moldovadakı səfiri Dnestryanıdakı enerji böhranı ilə bağlı verdiyi açıqlamalarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“AzPolitika” xəbər verir ki. Rusiyanın Moldovadakı diplomatik missiyası yanvarın 1-dən Rusiya qazının tədarükünün dayandırıldığı Dnestryanı bölgədə "sürətlə pisləşən vəziyyəti" həyəcanla izlədiyini açıqlayıb. Bəyanatda bildirilir ki, böhran Qərb və Ukrayna tərəfindən süni şəkildə yaradılıb və Ukrayna və Moldova mediası enerji böhranının məsuliyyətini Rusiyanın üzərinə qoymağa çalışır.

Moldova Xarici İşlər Nazirliyi rusiyalı diplomata xəbərdarlıq edilib ki, bu bəyanatlar Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Moldovanın separatçı Dnestryanı bölgəsinə Rusiya qazının tədarükü yanvarın 1-dən dayandırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Rusiyanın müharibə zamanı onun ərazisindən ixrac etdiyi qazdan faydalanmasının qarşısını almaq üçün müqaviləni yeniləmək niyyətində olmadığını açıqlamışdı. Beləliklə, 2019-cu ildə Ukraynanın “Navtoqaz”ı ilə Rusiyanın “Qazprom” şirkətləri arasında bağlanmış müqavilənin ləğv edilməsi adıçəkilən bölgəni də qazsız qoyub.

Seçilən
14
10
azpolitika.info

10Mənbələr