AZ

"Azərbaycan Dəmir Yolları"nın tarixində bir ilk

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tarixində ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.

Bu barədə Marja-ya AY-dən bildirilib.

Qeyd edilib ki, elektron qaimə sənədinin istifadəsi nəticəsində

-kağız sənədləşmə aradan qalxır;

-elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir;

-yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir;

-sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.

ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.

Seçilən
30
12
marja.az

10Mənbələr