AZ

Kobaxidze Makronu yalan məlumat yaymaqda ittiham etdi

O, Makronun Rusiyanın Tbilisidə sabitliyi pozmağa çalışmasına dair fikirlərinişərh edərkənParisin diqqəti Ukraynaya yönəltməsini tövsiyə edib.

Azərbaycan XİN Makrona cavab verib
"Qoy Fransa prezidenti diqqətini məhv olmaq üçün qurban verdikləri Ukraynaya yönəltsin. Mən real problemin nələrdən ibarət olduğunu deyirəm. Yalan məlumatlara şərh verə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm ki, bu da dağıdılmış Ukraynadır!",- Kobaxidze gürcü jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Makron yanvarın 6-da Rusiyanın qonşularına qarşı daha ​​aqressiv olduğunu deyib. Fransa rəhbəri buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa liderinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini qeyri-sabit vəziyyətə gətirməyə çalışıb.
Tural Tağıyev
AzVision.az

Seçilən
19
2
azvision.az

3Mənbələr