AZ

Lukaşenko: Ukraynadakı demokratiyadansa, Belarusdakı diktatura yaxşıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin hərbi əməliyyatlara cəlb edilməsinin yolverilməz olduğunu bəyan edib.

Bu barədə “Report” BelTA-ya istinadən xəbər verirb.

"Əgər bizi müharibəyə cəlb etsələr, bu, ağır vəziyyətdir. Biz dövlət kimi tab gətirməyə bilərik", - A.Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus davam gətirməlidir.

"Qoy bizdə diktaturanın olduğunu desinlər. Baxın, Ukraynadakı belə demokratiyadansa, Belarusdakı bu cür diktatura yaxşıdır. Biz möhkəm olmalıyıq", - A.Lukaşenko çağırış edib.

Seçilən
32
3
report.az

4Mənbələr