AZ

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.

Seçilən
21
27
publika.az

5Mənbələr