Bakı. Trend:
ABŞ-nin Florida ştatında 31 Dekabr – Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Florida Azərbaycan icmasının təşkilatçılığı ilə keçiriləntədbirdə soydaşlarımızla yanaşı Sanni Ayls Biç (Sunny İsles Beach)şəhər meriyasının nümayəndəsi Cenifer Viskara və Türkiyənin konsuluRəsul Şahinol ailə üzvləri ilə birgə iştirak ediblər.
Tədbirdə çıxış edənlər hər iki bayram münasibətilə Azərbaycanxalqına təbriklərini, sülh və əmin-amanlıq arzularınıçatdırıblar.
Mayamidə yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçilərXan Bəyli və Nərgiz Denton öz maraqlı ifaları ilə tədbirə əlavərəng qatıblar.