Bakıda adam öldürməkdə təqsirləndirilən Məhəmmədəli Əmirxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aytən Əliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2003-cü il M.Əmirxanov paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Səid Əhmədovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşıCinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə