Rəhim Sadıxovla vidalaşan “Sumqayıt”da daha bir ayrılıq reallaşmaq üzrədir.
Gundem.az xəbər verir ki, cinah oyunçusu Kristian Velinovski ilə yollarını ayıracaq.
Tərəflər arasındakı sözləşməyə xitam veriləcək.
Qeyd edək ki, Velinovski 2023-cü ilin sentyabrından “Sumqayıt”da forma geyinirdi. Ötən mövsümdə “Lerik”lə kubok matçında ayağı sınan və uzun müddət yaşıl meydanlardan kənarda qalan 25 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 2 oyuna çıxıb. O, daha çox əvəzedici komanda ilə matçlarda iştirak edirdi.